Slimfit
  1. İDMAN

Şahin İsmayılov: İdmanın siyasi alətə çevrilməsi yolverilməzdir

Şahin İsmayılov: İdmanın siyasi alətə çevrilməsi yolverilməzdir
Sakura

Şahin İsmayılov: İdmanın siyasi alətə çevrilməsi yolverilməzdir

Bu günlərdə Azərbaycan növbəti mötəbər tədbirə ev sahibliyi edəcək. Dünya ictimaiyyətinin diqqəti UEFA Avropa Liqasının final mərhələsinin keçiriləcəyi Bakıya yönələcək. Bu, kifayət qədər nüfuzlu beynəlxalq futbol turniridir. Əvvəlki mötəbər tədbirlərdə olduğu kimi, UEFA Avropa Liqasının final mərhələsi ərəfəsində də Azərbaycana qarşı qərəzli münasibətin şahidi oluruq.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Şahin İsmayılov deyib.

Şahin İsmayılov bildirib ki, bu işlərdə həmişə “baş rol oyunçusu” kimi tanıdığımız, korrupsiyalaşmış və ümumiyyətlə, aidiyyəti oldu-olmadı Azərbaycana qarşı daim aqressiv münasibət göstərən, sifarişlə çalışan “Amnesty International”ın da bəyanatının şahidi olduq. Belə qurumlar hər zaman Azərbaycana qarşı bu cür əsassız bəyanatlar verərək qarayaxma kampaniyasını həyata keçirirlər. İdmanın siyasətlə qarışdırılması yolverilməzdir. İdman dünyada sülhə, əmin-amanlığa, xalqlar, millətlər arasında dostluğa xidmət edir. Amma, əfsuslar olsun ki, biz Azərbaycanda keçiriləcək bu yarış ərəfəsində də idmanın siyasi alətə çevrildiyinin şahidi oluruq. Bu, yolverilməzdir.

Deputat bildirib ki, Azərbaycan hər zaman mötəbər tədbirlərə, idman yarışlarına ev sahibliyi edir. Bakı şəhəri dünyanın idman paytaxtlarından biridir. Hər il biz bu və ya digər səviyyədə idman tədbirlərinin Azərbaycanda keçirilməsinin şahidi oluruq. Kifayət qədər uğurlu nəticələrimiz var. Lakin biz hər mötəbər yarış ərəfəsində çirkin kampaniyalarla üzləşirik. Bunu “Avroviziya”, birinci Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları zamanı da gördük. İndiyə qədər keçirilən yarışlarda ermənilər də iştirak ediblər və onların təhlükəsizliyi ilə bağlı hər hansı bir problem olmayıb.

Deputat vurğulayıb ki, “Amnesty International”ın verdiyi bəyanatlar ciddi qəbul edilməməlidir. Əminliklə demək olar ki, bu təşkilatın bəyanatları əvvəlcədən hazırlanır.

Ş.İsmayılov qeyd edib ki, Prezident İlham Əliyevin uğurlu siyasəti, möhkəm iradəsi, ölkəmizdəki xalq-iqtidar birliyi nəticəsində Azərbaycan bundan sonra daha da inkişaf edəcək, güclənəcək. Ölkəmizə qarşı aparılan qarayaxma kampaniyaları həmişə olduğu kimi, bu dəfə də uğursuzluğa məhkumdur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

XIX əsrə aid Gəncə qadın geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR