Slimfit
  1. CƏMİYYƏT

Sahil Babayev: “Sosial xidmətçilərin fəaliyyətinə nəzarət gücləndirilməlidir”

Sahil Babayev: “Sosial xidmətçilərin fəaliyyətinə nəzarət gücləndirilməlidir”
Sakura

Sahil Babayev: “Sosial xidmətçilərin fəaliyyətinə nəzarət gücləndirilməlidir”

“Bu ilin 10 ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bərpa mərkəzləri tərəfindən  7241 nəfər əlilliyi olan şəxsə stasionar, 1867 nəfər əlilliyi olan şəxsə isə ambulator qaydada reabilitasiya xidmətləri göstərilib. Yeni reabilitasiya ocaqları istifadəyə verildikcə bu göstəricilər əhəmiyyətli dərəcədə yüksələcək”.

APA-nın xəbərinə görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev nazirliyin kollegiya iclasında bildirib.

Sosial xidmətlərin əhatə dairəsinin genişləndirildiyini qeyd edən S.Babayev bu sahədə göstərilən xidmətlərə, sosial xidmətçilərin fəaliyyətinə monitorinq və nəzarət sisteminin gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb. O, ümumilikdə sosial xidmətlərin keyfiyyətinin artırılması, bu sahədə fəaliyyət mexanizminin yenidən qurulmaqla təkmilləşdirilməsi üçün islahat tədbirlərinin zəruri olduğunu bildirib.

Nazir həmçinin qeyd edib ki, peşə reabilitasiyası tədbirləri də gücləndirilməli, Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiyası Mərkəzinin imkanlarından daha səmərəli istifadə təmin edilməlidir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala müharibələri, 1915 İbadət üçün düzəldilmiş məscid və güllə qutularından hazırlanan minbər

Redaktor seçimi

SON XƏBƏRLƏR