Slimfit
  1. İQTİSADİYYAT

Sahil Babayev: “Sığorta haqlarının yığımlarında azalmalar olacaq”

Sahil Babayev: “Sığorta haqlarının yığımlarında azalmalar olacaq”
Sakura

Sahil Babayev: “Sığorta haqlarının yığımlarında azalmalar olacaq”

“Ötən il Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin artması, xərclərinin optimallaşdırılması, saxta pensiya və əlillik işlərinin ləğvi nəticəsində 200 milyon manatlıq ehtiyatı yaranmışdı. Bu ehtiyat bu il sosial ödənişlərin dayanaqlığına yönəldiləcək”.  

Oxu.Az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin 18 mart 2020-ci il tarixli sərəncamına əsasən, məşğulluğun və sosial rifahın dəstəklənməsi istiqamətində həyata keçirilən tədbirlər mövzusundakı mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, mövcud vəziyyətlə əlaqədar aprel və may aylarında sığorta haqlarının yığımlarında azalmaların olacağını gözləyirik:

“Bu, obyektiv səbəblərdən irəli gəlir. Bu azalmalar bizim 2019-cu ildə yığılmış “ehtiyat yastığımız”la konpensasiya olunacaq. Vətəndaşların sosial ödənişlərində hər hansı çətinlik olmayacaq.

Mart ayında 2 milyon 300 mindən çox insana beş yüz milyon manatdan artıq ödənişlər Dövlət Sosial Müdafiəsi Fondunun vəsaitləri hesabına vaxtından əvvəl icra olunub. Aprel ayında da belə olacaq”.

“Artıq sabahdan etibarən ödənişlərə başlanacaq. Bu, 500 milyondan manatdan artıq vəsaitdir. 2 milyon 300 min insanın içərisində 700 min insanımız 65 yaşdan yuxarı şəxslərdir”, - deyə nazir əlavə edib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın görkəmli şairləri Balaş Azəroğlu və Mədinə Gülgün həyat yoldaşı olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR