Slimfit
  1. CƏMİYYƏT

Sahil Babayev: 'Ötən il ünvanlı sosial yardım alan ailələrin sayı 70 faiz artıb'

Sahil Babayev: 'Ötən il ünvanlı sosial yardım alan ailələrin sayı 70 faiz artıb'
Sakura

Sahil Babayev: 'Ötən il ünvanlı sosial yardım alan ailələrin sayı 70 faiz artıb'

Ötən il özünüməşğulluq proqramına cəlb olunanların sayı 10 min 354-ə, ünvanlı dövlət sosial yardımı alan ailələrin sayı 70 faiz artmaqla 72 minə (296 min ailə üzvü) çatıb. 

"Report" xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev kollegiya iclasında bildirib.

Dövlət başçısının tapşırığına uyğun olaraq bu proqramların 2020-ci idə də genişləndirilməsi təmin olunacaq. Nazirliyin məşğulluq orqanları tərəfindən 103 028 şəxs münasib işlə təmin edilib, 3168 şəxs peşə hazırlığına, 135 minə yaxın vətəndaş peşəyönümü məsləhət xidmətlərinə cəlb edilib. Ötən il 38 min ödənişli ictimai iş yerinin açılmasına imkan verən “İşsizin DOSTu” proqramı, eləcə də bu proqramın icrası sahəsində şəffaflığın təminatına yönələn işlər bu il də davam edəcək.

Əmək müqavilələrinin sayında 2019-cu ildə 153 min artımın olduğunu qeyd edən S.Babayev bu artım dinamikasının 2020-ci ildə də davam etməsinin əsas hədəflərdən olduğunu deyib. O, sosial sahədə geniş miqyas alan elektronlaşdırma proqramı çərçivəsində ötən il 2-si pensiya, 19-u müavinət-təqaüd növü olmaqla 21 sosial təminat növünün e-təyinat sisteminin işə salındığını, bu əsasda cari ildə 200 minədək təyinatın e-qaydada aparılacağını diqqətə çatdırıb. 2019-cu ildə nazirliyin daha 13 e-arayış xidmətinin yaradıldığını və bu xidmətlərinin sayının 15-ə çatdırıldığını, 2020-ci ildə daha 15 e-arayış xidmətinin istifadəyə veriləcəyini diqqətə çatdırıb.

S.Babayev nazirliyin bərpa mərkəzlərində 10 457 nəfər əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa reabilitasiya xidmətləri göstərildiyini, əlilliyi olan şəxslərin 38041 reabilitasiya vasitəsi ilə təmin olunduğunu deyib. O, ötən il Yevlax, Naftalan şəhərlərində Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzlərinin, Mərdəkan Müalicə Pansionatının, Protez-Ortopedik Bərpa Mərkəzinin, Gəncə Pensiyaçılara Ərazi Sosial Xidmət Mərkəzinin əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verildiyini, Gəncədə Peşə Hazırlığı Mərkəzinin açıldığını, 2020-ci ildə də 10 reabilitasiya və sosial xidmət müəssisəsinin istifadəyə verilməsinin planlaşdırıldığını bildirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı qalasının bayır tərəfdən görüntüsü, 1890-cı il. O vaxt Aşumovski adlanan bu meydan hal-hazırda mövcud deyil. Müasir dövrdə, burada Sabir bağını görə bilərik.

Redaktor seçimi

SON XƏBƏRLƏR