Sahil Babayev Mikloş Kaşlerlə görüşüb
Azərbaycanla Macarıstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın 7-ci iclasında iştirak etmək üçün Macarıstanda səfərdə olan Komissiyanın Azərbaycan tərəfindən həmsədri, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev səfər çərçivəsində həmin ölkənin İnsan Resursları naziri Mikloş Kaşlerlə görüşüb.
"Qafqazinfo" xəbər verir ki, Azərbaycan və Macarıstan arasında əlaqələrin strateji xarakter daşıdığını qeyd edən S.Babayev bu əlaqələrin geniş miqyas alması üçün məqsədyönlü addımlar atıldığını bildirib.
Nazir ölkəmizdə əmək, məşğulluq, sosial müdafiə sahəsində innovativ inkişafın təmin edilməsi məqsədilə aparılan islahatlar, DOST konsepsiyası barədə məlumat verib.
M.Kaşler iki ölkənin əlaqələrinin daim inkişafda olmasının məmnunluq doğurduğunu qeyd edib.
Görüşdə sosial müdafiə, pensiya və müavinət sistemlərinin idarə olunması və təkmilləşdirilməsi, aktiv əmək bazarı proqramları, peşə hazırlığı, əlilliyi olan şəxslərin reabilitasiyası, dövlət sosial xidmətlərinin “bir pəncərə” prinsipi əsasında təşkili və s. sahələrdə əlaqələrinin qurulması və inkişaf etdirilməsinin, həmçinin bilik və təcrübə mübadilələrinin zəruriliyi ilə bağlı yekdil fikir ifadə olunub. Bu məqsədlə iki nazirlik arasında bir əməkdaşlıq sənədi kimi yaxın dövrdə Anlaşma Memorandumunun imzalanmasının da məqsədəuyğun ola biləcəyi vurğulanıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət