Slimfit
  1. AZƏRBAYCAN

Sahil Babayev magistrlara iş təklif etdi

Sahil Babayev magistrlara iş təklif etdi
Sakura

Sahil Babayev magistrlara iş təklif etdi

Bakı Dövlət Universitetinin Hüquq fakültəsində Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, “Hüquqşünaslıq” ixtisasının “Kommersiya hüququ” ixtisaslaşması üzrə Yekun Dövlət Attestasiya Komissiyasının sədri, hüquq üzrə fəlsəfə doktoru Sahil Babayevin sədrliyi ilə magistr dissertasiyalarının müdafiəsi keçirilib.

BDU-nun Mətbuat və informasiya şöbəsindən "Ölkə.Az"a verilən məlumata görə, dissertasiya işləri “Mülki proses və kommersiya hüququ” kafedrasında Azərbaycan dilində geniş həcmdə referat təqdim etməklə ingilis dilində yerinə yetirilib. 

Magistrantların elmi və peşə hazırlığını yüksək qiymətləndirən Yekun Dövlət Attestasiya Komissiyasının sədri Sahil Babayev müdafiədə iştirak edən magistrantlara rəhbərlik etdiyi nazirlikdə ixtisasları üzrə iş təklif edib. 

Qeyd edək ki, “Kommersiya hüququ” ixtisaslaşması üzrə dissertasiya işlərini müdafiə edən altı magistrantın hər biri “əla” qiymət alıb. Müdafiədə BDU-nun rektoru Elçin Babayev də iştirak edib. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1959

Redaktor seçimi

SON XƏBƏRLƏR