Slimfit
  1. İQTİSADİYYAT

Sahil Babayev: “İşsizlikdən sığorta ödənişlərinin təyin olunması şərtləri yumşaldılacaq”

Sahil Babayev: “İşsizlikdən sığorta ödənişlərinin təyin olunması şərtləri yumşaldılacaq”
Sakura
:0

Sahil Babayev: “İşsizlikdən sığorta ödənişlərinin təyin olunması şərtləri yumşaldılacaq”

“Dövlət başçısının humanist siyasətinin nəticəsi olaraq, bu gün təkcə işsizlər deyil, onlarla bərabər bu vaxta qədər qeyri-formal şəkildə, yəni əmək müqaviləsi olmadan işləmiş və elə bu səbəbdən də xüsusi karantin rejimində dərhal işini itirmiş insanlar da birdəfəlik ödəmə proqramı ilə əhatə olunublar”

APA-nın xəbərinə görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Nazirlikdə videobağlantı formasında keçirilmiş kollegiya iclasında deyib.

Nazir bildirib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, bu proqramın əhatə dairəsi 3 dəfədən çox genişlənərək 600 min nəfəri əhatə edəcək: “Birdəfəlik ödəmə proqramının icra səviyyəsi son 12 gündə artıq 50 faizə çatıb. Digər tərəfdən, e-sosial.az portalının geniş funksional imkanlara malik təkmil infrastrukturu əhatəli bir proqram üzrə müraciətlərin qəbulu, emalı və birdəfəlik ödənişlərin gündəlik olaraq normal davam etdirilməsinə imkan verib.

Birdəfəlik ödəmə proqramının icra mexanizmi, proqrama edilən müraciətlər əsasında e-sosial.az portalında formalaşan geniş informasiya bazası əmək bazarı ilə bağlı yeni yanaşmalar əsasında ətraflı təhlillər aparmağa imkan yaradıb. Bu imkandan istifadə edilməklə əmək bazarı ilə bağlı ciddi təhlillər aparılmalıdır. Xüsusilə qeyri-rəsmi məşğulluğun daha çox mövcud olduğu regionlar və iqtisadi fəaliyyət sahələrinin, əhali qrupunun və s. müəyyən olunması araşdırılmalı və nəticələr əsasında təkliflər hazırlanmalıdır”.

Pandemiya ilə əlaqədar digər sosial dəstək proqramlarının genişləndirildiyini vurğulayan S. Babayev qeyd edib ki, bu əsasda işsizlikdən sığorta ödənişlərinin təyin olunması şərtləri də yumşaldılacaq: “Bununla bağlı qanunvericiliyə dəyişiklik layihəsi artıq hazırlanıb. Layihənin qəbulu imkan verəcək ki, işsizlikdən sığorta ödənişləri ilə daha çox insan əhatə olunsun. Bu il ərzində işsizlikdən sığorta ödənişlərinin şamil olunduğu şəxslərin sayının 20 minə çatdırılması nəzərdə tutulur”.

S. Babayev bu il 12 min ailənin özünüməşğulluq proqramına cəlb ediləcəyini deyib.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncə 19-cu əsrdə. Nizami küçəsi 4-cü döngədəki evlərdən biri.

Redaktor seçimi

SON XƏBƏRLƏR