Slimfit
  1. AZƏRBAYCAN

Sahil Babayev Gəncədə, müavinləri Göygöl və Samux vətəndaşları qəbul edəcək

Sahil Babayev Gəncədə, müavinləri Göygöl və Samux vətəndaşları qəbul edəcək
Sakura

Sahil Babayev Gəncədə, müavinləri Göygöl və Samux vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin və onların müavinlərinin 2019-cu ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu сədvəlinə uyğun olaraq iyunun 28-də Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Gəncə şəhərində vətəndaşları fərdi qaydada qəbul edəcək.

Trend-in məlumatına görə, həmin gün Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavinləri Anar Kərimov Göygöl rayonunda və Mətin Kərimli Samux rayonunda vətəndaşlarla görüşəcəklər.

Vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərə (əmək hüquqlarının müdafiəsi, sosial təminat növlərinə hüququn müəyyən edilməsi, tibbi-sosial ekspertiza və reabilitasiya, aktiv məşğulluq tədbirlərinə cəlb edilmə və s.) dair müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaşlar adını, soyadını, atasının adını, müraciətinin məzmununu, yaşadığı ünvanı və telefon nömrəsini göstərməklə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəsmi şəkildə (info@mlspp.gov.az elektron ünvana və ya poçt vasitəsilə) müraciət edərək və ya 142-Çağrı mərkəzi ilə əlaqə saxlayaraq iyunun 26-dək qəbula yazıla bilərlər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İstanbulun təyyarədən görünüşü

Redaktor seçimi

SON XƏBƏRLƏR