Slimfit
  1. CƏMİYYƏT

Sahil Babayev avqust ayında veriləcək birdəfəlik ödəmələrdən danışdı

Sahil Babayev avqust ayında veriləcək birdəfəlik ödəmələrdən danışdı
Sakura

Sahil Babayev avqust ayında veriləcək birdəfəlik ödəmələrdən danışdı

Sizin tapşırığınıza müvafiq olaraq, Azərbaycanda pandemiyaya qarşı mübarizə, onun mənfi fəsadlarının aradan qaldırılması üçün geniş tədbirlər planı təsdiq olunmuşdu və bu tədbirlər planının ən əhatəli bölmələrindən biri də məhz məşğulluğa və sosial rifaha dəstək tədbirləri idi.

Ens.az "Report"-a istinadən xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev avqustun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirdiyi müşavirədə deyib.

O bildirib ki, bu, dörd istiqamət olmaqla 12 tədbiri əhatə edirdi: "Burada həm məşğulluq, həm sosial müdafiə, həm də sosial təminat məsələləri öz əksini tapmışdır. Siz vurğuladınız ki, demək olar, əhalinin yarısını, beş milyon insanı əhatə edən tədbirlər planı icra olunmaqdadır. Tədbirlər planının birinci istiqaməti əmək müqaviləsi ilə işləyən insanların məşğulluğunun qorunması və onun təmin edilməsi idi. Sizin dediyiniz kimi, həm dövlət, həm də özəl sektorda 1 milyon 660 min insanın məşğulluğu davam etdi. Onların əməkhaqları, iş yerləri qorundu. Burada dövlətin təqdim etdiyi müxtəlif dəstək proqramları, eyni zamanda, inzibati tədbirlər və leqallaşma məsələləri də öz rolunu oynadı. Həm əməkhaqqı fondumuzda azalma olmadı, əksinə, artım oldu, həm də əmək müqaviləsi ilə işləyən insanların sayında azalma olmadı, artımlar oldu.

İkinci bir istiqamət isə, işsiz və gəlirini itirən aztəminatlı qeyri-formal işləyən şəxslər idi. Bu istiqamətdə bir sıra silsilə tədbirlər həyata keçirildi. 190 manatla bağlı ödəniş aprel, may, iyun aylarında tam şəkildə icra olunub. Sizin bugünkü tapşırığınıza uyğun olaraq, avqust ayı üzrə də 13 şəhər və rayonumuz üzrə bu ödənişlər çox sürətlə həyata keçiriləcək. Bu istiqamətlər üzrə indiyədək 280 milyon manat vəsait xərclənmişdir. Əhalimizin rifahına sosial dəstək baxımından, əlbəttə ki, çox önəmli bir rəqəmdir.

Digər bir istiqamət olaraq, işsiz və qeyri-formal işləyən şəxslər üçün xüsusi olaraq yaradılan haqqıödənilən ictimai işlər proqramı idi. Bu iş yerlərinin sayı da 90 minə qədər artırıldı. Onlardan 38 mini davamlı iş yerləridir, 52 mini isə ikiaylıq iş yerləri idi. Bu proqram da uğurla icra olunur. Davamlı iş yerlərinin 95 faizi, ikiaylıq iş yerlərinin isə 50 faizi tam şəkildə komplektləşdirilmişdir. Sizin tapşırığınızla, əlavə olaraq, özünüməşğulluq proqramının genişləndirilməsinə başlanıldı. Bu proqrama Dünya Bankı, BMT-nin İnkişaf Proqramı, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, yerli banklarımız qoşuldu. Dövlət qurumlarımızdan İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, “ASAN xidmət”in yanında ABAD, Qida Təhlükəsizliyi Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi, yəni çox geniş bir əhatə dairəsi yaradaraq kiçik və mikrosahibkarlığın, əhalinin məşğulluğunun təşkil edilməsi baxımından bu proqramın icrasına başlanmışdır.

Sizin tapşırığınızla, həmçinin işsizlikdən sığorta mexanizminin sadələşdirilməsi və genişləndirilməsi üçün təkliflər hazırlandı. Hazırda Sizin tərəfinizdən büdcə dürüstləşməsi zərfi çərçivəsində Milli Məclisə təqdim olunub. Bu qanun layihələrinin qəbul edilməsi imkan verəcək ki, işsizlikdən sığorta ödənişinin həcmini 20 min insana biz artıq bu il ərzində çatdıraq. Əlavə olaraq məlumat verim ki, sosial müdafiə tədbirləri də genişlənərək bu il davam etdi. Pensiya, müavinət, təqaüdlər üzrə iki milyon şəxsi əhatə edən sosial ödənişlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 27 faiz, yəni 590 milyon manat artdı və vaxtında, hətta bir çox hallarda vaxtından əvvəl vətəndaşlarımıza ödənildi. Bunu bir daha xüsusi olaraq vurğulamaq istərdim ki, bu ödənişlərin pandemiya dövründə belə vaxtından əvvəl və artaraq ödənilməsi Azərbaycanın minimum pensiya üzrə MDB məkanında alıcılıq qabiliyyəti üzrə birinci yerdə, orta pensiya üzrə isə MDB məkanında alıcılıq qabiliyyəti üzrə ikinci yerdə qərarlaşmasını təmin etdi".

 
 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Mirzə Fətəli Axundzadənin 1850-ci ildə yazdığı "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası Azərbaycan teatrı səhnəsində qoyulmuş ilk dramatik əsərdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR