Slimfit
  1. HƏRB

Şahidlər: "Vaqif Xaçaturyan Meşəli soyqırımının təşkilatçılarından biridir"

Şahidlər: "Vaqif Xaçaturyan Meşəli soyqırımının təşkilatçılarından biridir"
Sakura

Şahidlər: "Vaqif Xaçaturyan Meşəli soyqırımının təşkilatçılarından biridir"

“Vaqif Xaçaturyan Meşəli kənd sakinlərinə qarşı törədilən soyqırımı cinayətini planlaşdıranlardan biridir”.

Bunu “Report”un Qərb bürosuna açıqlamasında vaxtilə Meşəli kəndinə qida məhsulları daşıyan Vəliyəddin Salmanov deyib.

O, V.Xaçaturyanla birgə Xankəndidə avtobazada çalışdığını bildirib: “Vaqiflə birgə Xankəndiyə yerləşən 2717 nömrəli avtobazada işləyirdik. Yük maşınlarının sürücüləri idik. O, məndən öncədən orada çalışırdı. Vaqif Xaçaturyan sonralar avtobazanın müdiri Mirzəyan Maksimin sürücüsü olub.

Bizim Meşəli kəndinə ərzaq aparmağımıza imkan vermirdilər. Badara kəndində yolumuzu kəsirdilər. Elə bu Vaqif Xaçaturyanın özü də bizimlə adavətə girirdi. Onlar hiyləgər millətdir. Tək olanda bizimlə elə rəftar edirdilər ki, sanki dostdurlar. Amma çaqqal kimi çoxalanda özlərini qaniçən kimi aparırdılar”.

V.Salmanov bildirib ki, o vaxt ermənilər Meşəli kəndində giriş-çıxışa maneə törədirdilər: “Mən sahə polisi ilə birgə kəndə un və digər qida məhsulları daşıyırdım. Sonralar onun da qarşısını aldılar. Vəziyyəti daha da çətinləşdirdilər. Vaqif Xaçaturyan kəndə hücum olmazdan bir neçə gün öncə “QAZ-53” markalı yük maşını ilə Meşəli kəndinin ətrafını dolanaraq koordinatları qeyd edib. Hücum ediləcək yolları dəqiqləşdirib. O, Meşəli kəndinin sakinlərinə qarşı törədilən cinayəti planlaşdıranlardan biri olub. Onu da bildirim ki, həmin hücuma şərait yaradanlar elə o vaxt orda xidmət edən rusiyalı hərbçilər idi. Onlardan 2 əsgər bizim Meşəli kəndində postda duran əsgərlərimizə demişdi ki, ermənilər sizə hücum edəcək, xəbəriniz olsun. Yəni, onların bu hücumdan xəbərləri var idi, ancaq qarşısını almadılar. Əksinə, erməni quldurlarına silah-sursat verib, onlar tərəfindən döyüşüblər. Mən həmin gün Xocalıda idim. Bizə xəbər gəldi ki, ermənilər Meşəli kəndinə hücum edib, o zaman bildim həmin fəciəni. Vaqif Xaçaturyan və onun silahdaşları öz cəzasını çəkəcəklər”.

Vaxtilə kənddə polis kimi xidmət etmiş Zirəddin Salmanov isə kəndlərinin dəfələrlə ermənilər tərəfindən atəşə tutulduğunu deyib: “Hər an təhlükə yaşanacağını bilirdik. Ona görə də Meşəli kəndinin könüllü özünü müdafiə batalyonu yaradıldı. Mən də həmin batalyonda döyüşmüşəm. Meşəli kəndinə hücum edən silahlı dəstənin başında duranlar, Badara kənd məktəbinin direktoru Kasparyan Benik, Armanik, İlya və Vaqif Xaçaturyan idi. Bunların hamısının Meşəli kəndində törədilən vəhşiliklərdə əli var”.

O söyləyib ki, ermənilər kəndi tamam mühasirəyə aldıqdan sonra hücuma keçmək istəyiblər: “Kənd sakinlərinin çoxu düşmənin olmadığı ərazidən çıxa bildilər. Yoxsa onların planı kəndi tam mühasirəyə alaraq bütün camaatı qırmaq idi. Biz bir tərəfdən düşmənlə döyüşürdük, digər yandan isə dinc sakinləri xilas etməyə çalışırdıq. Amma təəssüflər olsun ki, hamını müdafiə etməyi bacara bilmirdik. Həm silahımız yox idi, həm sayımız az idi. Onlar sürü halında kəndə hücuma keçmişdilər”.

Şahid vurğulayıb ki, erməni quldurları Meşəlidə dinc sakinləri qəddarcasına qətlə yetirirdilər: “Qənimət adında yaşlı kişinin başına avtomat darağının bütün gülləsini boşaldaraq onu qətlə yetirmişdilər. Qönçə adında yaşlı bir qadın var idi. Onun uzun saçları var idi, diri-diri yandırmışdılar. Biz ora çatanda gördük ki, qadın tamam yanıb. Vaqif Xaçaturyan 3 nəfərin, 2 yeniyetmə bir də yaşlı qadının əl-qolunu bağlayıb maşının yük yerinə qoyub girov aparmışdı. Onlardan biri də mənimlə birgə döyüşərək şəhid olanın qardaşı idi. Sonradan bildik ki, o, yaralı və əlləri bağlı olmasına baxmayaraq, özünü maşından ataraq qaça bilib. Vaqif Xaçaturyanın saxlanılması, onun istintaqa cəlb edilməsi bizim üçün təsəllidir. Orda dinc sakinlərə divan tutanlar ən ağır cəzaya layiqdirlər”.


Qeyd edək ki, Vaqif Xaçaturyan erməni hərbi birləşmələrinin tərkibində 1991-ci ilin 22 dekabr tarixində Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı kütləvi qırğın törədib.

Qırğın zamanı 25 azərbaycanlı öldürülüb, 14 nəfər yaralanıb, 358 nəfər azərbaycanlı isə didərgin salınıb. Qeyd edilən kütləvi qırğın ilə əlaqədar aparılan cinayət işi üzrə Xaçaturyan Vaqif Çerkezoviçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələrilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilib.

Ona məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və o, məhz bu cinayət işi çərçivəsində iyulun 29-da Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistana getmək istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nəriman Nərimanov 28 yaşında. Bakı, 1898-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR