Slimfit
  1. İQTİSADİYYAT

Sahibkarların fərdi inkişafı üçün video-təlimlərə başlanılıb

Sahibkarların fərdi inkişafı üçün video-təlimlərə başlanılıb
Sakura

Sahibkarların fərdi inkişafı üçün video-təlimlərə başlanılıb

Azərbaycan Beynəlxalq Bankının “Sahibkarlar Klubu” iş adamları üçün video-təlimlər layihəsinə start verir. Klubun təqdim etdiyi silsilə video-təlimləri izləməklə gündəlik fəaliyyət zamanı sahibkarlar üçün faydalı bilik və məlumatlar əldə etmək olar.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, ilk video-təlimlərdə COVİD-19-la bağlı qlobal durumun biznes üçün yaratdığı reallıqlar nəzərə alınıb. Video-təlimlərin mövzuları COVİD-19 dövründə və ondan sonra biznesin daha səmərəli və effektiv qurulması, yeni imkanların tapılmasından ötrü  sahibkarların xüsusilə diqqət etməli olduqları məsələlərə həsr edilib. Belə ki, sahibkarlar bu video-təlimlər vasitəsilə böhran dövründə bizneslərin dayanıqlığının qorunması və inkişafı üçün mühüm strategiyalar, biznes proseslərin avtomatlaşdırılması, effektiv satışın təşkili, sığorta, müqavilə öhdəlikləri ilə bağlı hüquqi mübahisələr, logistika zəncirinin qurulması və s. mövzularda maraqlı bilgilər əldə edəcəklər.

Karantin dövründə təşkil edilən distant toplantıların, sahibkarlarla tərəfdaşlar, müştərilər arasında keçirilən onlayn görüşlərin iş adamları üçün natiqlik, təqdimat bacarıqlarını xüsusilə aktuallaşdırdığını nəzərə alaraq bu mövzu da diqqətdən kənarda qalmayıb. Elə silsilənin ilk video-təlimi də sahibkarlar üçün ictimai natiqlik bacarıqlarına həsr edilib. İctimai çıxışlar və korporativ kommunikasiya üzrə peşəkar təlimçilərdən olan Rəşad Bayramov öz video-təlimində sahibkarlara uğurlu çıxışın, effektiv onlayn kommunikasiyaların, həmsöhbəti inandırmağı bacarmağın, təqdimatlar zamanı vaxtı idarə etməyin və s. incəliklərini izah edəcək. Video-təlimlərin anonsunu buradan izləmək olar.

Qeyd edək ki, “Sahibkarlar Klubu”nu yaratmaqda Azərbaycan Beynəlxalq Bankının məqsədi kiçik və orta sahibkarlığın inkişafına hərtərəfli dəstək, ölkə iqtisadiyyatında bankın korporativ müştərilərinin mövqeyinin gücləndirilməsidir.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Baki şəhəri, Qobu Park-1 yaşayış kompleksinin Sakinləri öz vəsaitləri hesabına Şəhid Generalımız Polad Həşimovun əziz xatirəsini belə əbədiləşdiriblər!

Redaktor seçimi

SON XƏBƏRLƏR