Slimfit
  1. CƏMİYYƏT

Sahibkarlardan elektrik sayğacı üçün daha çox pul TƏLƏB OLUNUR? - AÇIQLAMA

Sahibkarlardan elektrik sayğacı üçün daha çox pul TƏLƏB OLUNUR? - AÇIQLAMA
Sakura

Sahibkarlardan elektrik sayğacı üçün daha çox pul TƏLƏB OLUNUR? - AÇIQLAMA

Ens.az Oxu.az-a istinadən xəbər verir ki,vətəndaşlar və sahibkarlıqla məşğul olanlar yaşadıqları mənzildə, eləcə də obyektlərdə sayğacların quraşdırılması ilə bağlı müəyyən çətinliklərlə üzləşirlər.

Elektrik enerjisindən istifadə etmək istəyən qeyri-əhali qrupuna aid istehlakçılar sayğacların quraşdırılması zamanı onlardan daha çox pul -  hətta 1200 manat tələb olunduğunu iddia edirlər.

Bu il yanvar ayının 1-nə olan məlumata əsasən, Naxçıvan istisna olmaqla, ölkədə elektrik enerjisindən istifadə edən qeyri-əhali qrupuna aid istehlakçıların sayı 186 504 nəfərdir.

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu Bizim.Media-ya açıqlamasında bildirib ki, sayğacın quraşdırılması üçün “ASAN xidmət”ə müraciət olunur:

“Rüsum Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyənləşir. Yəni tarif abonentin istədiyi kilovata uyğun olaraq dəyişir və “ASAN kommunal”da icra olunur”. O, bunun üçün “Azərişıq” ASC-nin saytında onlayn hesablayıcının olduğunu da qeyd edib:

“Əhali üçün də fərqi yoxdur, eyni qayda tətbiq olunur. Amma əhalinin çox hissəsinin istifadə etdiyi, ayrılan standart enerjinin rüsumu 160 AZN-dir. Sayğac pulsuzdur, bu da sayğacın yox, ayrılan kilovatın puludur”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu Qara Qarayev tələbələri arasında

Redaktor seçimi

SON XƏBƏRLƏR