Slimfit
  1. CƏMİYYƏT

Sahibkarlara ayrılmış vəsaitlə bağlı növbəti addım

Sahibkarlara ayrılmış vəsaitlə bağlı növbəti addım
Sakura

Sahibkarlara ayrılmış vəsaitlə bağlı növbəti addım

Azərbaycanda koronavirus(COVİD-19) pandemiyası ilə əlaqədar fərdi (mikro) sahibkarlara verilməsi nəzərdə tutulan 80 milyon manatlıq dəstək tədbiri üzrə bu günə qədər 44 mindən çox iş adamına 32 milyon manatdan çox (ayrılmış vəsaitin təxminən 40%-i qədər) ödəniş edilib.

Axar.az xəbər verir ki, bu barədə AzTV-nin efirində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş İdarəsinin rəisi Samirə Musayeva məlumat verib.

Onun sözlərinə görə, pandemiyanın zərər vurduğu iqtisadi fəaliyyət sahələrində çalışan muzdlu işçilər üçün nəzərdə tutulmuş 215 milyon manatlıq dəstək tədbiri də reallaşdırılmaqdadır: "Artıq 15 mindən çox sahibkarın 147 924 nəfər işçisi üzrə 33 milyon manatdan çox (ayrılmış vəsaitin təxminən 16%-i qədər) ödəniş edilib".

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1989-cu ildə üç rəngli bayrağımız ilk dəfə Gəncə Şəhər İcra Hakimiyyəti binasının üzərində dalğalanmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR