Slimfit
  1. MARAQLI

Sahibinə xoşbəxtlik gətirən ev heyvanı müəyyən olundu

Sahibinə xoşbəxtlik gətirən ev heyvanı müəyyən olundu
Sakura

Sahibinə xoşbəxtlik gətirən ev heyvanı müəyyən olundu

İnsanlar yaşadıqları evdə daha çox it və ya pişik saxlayır. Həmişə bu heyvanların hansının sahibinə daha çox rahatlıq gətirməsi müzakirə mövzusu olur. “Die Welt” qəzeti bu suala cavab tapmağa çalışıb.

Bizimyol.info xəbər verir ki, 1972-ci ildən “General Social Survey” ABŞ-da sorğular keçirir. Çikaqo Universiteti ilə birlikdə amerikalıların siyasi, mədəni, sosial məsələlərə münasibəti öyrənilir. Hər il bu sorğularda 3 minə qədər adam iştirak edir.

Keçən il bu sorğuda ev heyvanları haqda suallar da yer almışdı. Beləcə, respondentlərin hansı heyvanla özünü xoşbəxt hiss etdiyini müəyyənləşdirməyə çalışmışdılar.

Qəzetin yazdığına görə, it sahibləri pişiklərə qucaq açanlardan özünü iki dəfə daha xoşbəxt hiss edir. Hətta evində heyvan olmayanlar da pişik sahiblərindən daha rahat təsir bağışlayıblar.

İt saxlayanlar “dost”larından xüsusilə stress keçirdikləri situasiyalarda dəstək gözləyirlər. İtlə çox oynayırlar. Bu heyvana bir növ ailənin bir üzvü kimi yanaşırlar.

Sorğu göstərib ki, it saxlayanlar pişik sahiblərinə nisbətən nikaha daha meylli görünüblər. İt sahiblərinin şəxsi mənzilinin daha çox olduğu da üzə çıxıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

San Fransiskoda yerləşən bir şirkətin laboratoriyada toyuq tükündən hazırladığı toyuq əti

Redaktor seçimi

SON XƏBƏRLƏR