Dərc edildi: Baxış sayı: 901
Sahibə Qafarova Silahlı Qüvvələr Günü münasibəti ilə Azərbaycan xalqını təbrik edib
Milli Məclisin sədri Sahibə Qafarova Silahlı Qüvvələr Günü münasibəti ilə Azərbaycan xalqını təbrik edib.
Ens.az Apa.az-a istinadən xəbər verir ki,təbrikdə deyilir: “Şanlı Azərbaycan Ordusu 102 yaşını qeyd edir. Bu münasibətlə başda Ali Baş Komandanımız cənab İlham Əliyev olmaqla, Ordumuzun bütün üzvlərini və Azərbaycan xalqını təbrik edir, Ordumuza əbədi mövcudiyyət arzu edirəm. Azərbaycan Ordusu Azərbaycan xalqı təhlükəsizliyinin, ölkə sərhədləri daxilində sülh və əmin-amanlığın təmin olunmasının əsas elementlərindən biridir.
Yaşasın, Şanlı Azərbaycan Ordusu!!!”
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət