Dərc edildi: Baxış sayı: 510
Sahibə Qafarova Mustafa Şentopa zəng edib
Milli Məclisin sədri ilə türkiyəli həmkarı arasında telefon danışığı olub
“Bu gün Türkiyə Böyük Millət Məclisinin Sədri, dəyərli həmkarım Mustafa Şentopla növbəti telefon danışığımız olub”.
Ens.az Ayna-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Sədri Sahibə Qafarova “Facebook” səhifəsində bildirib.
“Telefon danışığı zamanı qardaş Türkiyənin Qara dənizdə böyük ehtiyata malik qaz yatağı kəşf etməsi münasibətilə Mustafa bəyi və onun simasında bütün Türk xalqını həm öz adımdan, həm də Milli Məclisin bütün üzvləri adından təbrik etdim”, - S.Qafarova qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət