Slimfit
  1. SİYASƏT

Sahibə Qafarova Ermənistanı konstitusiyasını dəyişməyə çağırdı

Sahibə Qafarova Ermənistanı konstitusiyasını dəyişməyə çağırdı
Sakura

Sahibə Qafarova Ermənistanı konstitusiyasını dəyişməyə çağırdı

Azərbaycanın Ermənistana münasibətlərin normallaşdırılması və sülh sazişinin imzalanması təklifi beynəlxalq hüququn əsas prinsiplərinə əsaslanır. 3 ildən artıq erməni siyasi və hərbi təxribatlarından sonra sülh sazişinin imzalanması hələ də mümkündür.

Ens.az Redaktor.az-a istinadən xəbər verir ki,bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova fevralın 22-də Bakıda keçirilən Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında çıxışı zamanı deyib.

O bir neçə gün əvvəl Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında ikitərəfli görüş olduğunu xatırladıb.

Spiker qeyd edib ki, sülh müqaviləsi üçün danışıqlar və sərhədlərin delimitasiyası üzrə görüşlər üzrə əldə olunan razılaşmalar müsbət addım kimi qiymətləndirilə bilər: "Ümid edirik ki, Ermənistan təxribatlardan, qərəzli üçüncü tərəflərin iştirakından çəkinəcək və Azərbaycanın ərazi bütövlüyünə qarşı Ermənistan konstitusiyasında və digər qanunvericilik aktlarında əksini tapmış iddialarından əl çəkəcək, sülh sazişi üzrə birbaşa ikitərəfli danışıqları davam etdirəcək. Regionda uzunmüddətli sülh və sabitliyin yeganə yolu qonşularla beynəlxalq hüququn norma və prinsipləri əsasında münasibətlərin qurulmasıdır".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Alyaskanın bayrağını 13 yaşlı uşaq tərtib edib

Redaktor seçimi

SON XƏBƏRLƏR