Sahibə Qafarova: "Azərbaycan əsgəri düşmənin istənilən həmləsinin qarşısını almağa qadirdir"
"İşğalçı Ermənistan ordusunun məkrli niyyəti baş tutmadı. Azərbaycan Silahlı Qüvvələri düşmən təxribatının qarşısını qətiyyətlə aldı və bir daha sübut etdi ki, ölkəmizin suverenliyi, ərazi bütövlüyü, sərhədləri toxunulmazdır və müzakirə mövzusu deyil".
Ens.az Apa.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Tovuz istiqamətində sərhəd zonasında törədilən erməni təxribatı ilə bağlı “Facebook” hesabında paylaşımında bildirib.
S. Qafarova qeyd edib ki, Azərbaycan əsgəri öz şücaəti ilə düşmənin istənilən həmləsinin qarşısını almağa qadirdir: " Vətən uğrunda canını fəda edən şəhidlərimizə Allahdan rəhmət, doğmalarına səbr, yaralananlara şəfa diləyirəm”
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət