Slimfit
  1. CƏMİYYƏT

Şahdağ Milli Parkında zubr balası dünyaya gəlib

Şahdağ Milli Parkında zubr balası dünyaya gəlib
Sakura

Şahdağ Milli Parkında zubr balası dünyaya gəlib

İDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF-in Azərbaycan ofisi tərəfindən həyata keçirilən zubrların reintroduksiya layihəsi çərçivəsində Azərbaycana gətirilən zubrlardan birinin erkək balası dünyaya gəlib. 

"Report" xəbər verir ki, bunu Şahdağ Milli Parkının direktoru Akif Məmmədov bildirib.

O qeyd edib ki, bala sağlamdır və artıq yerli şəraitə uyğunlaşaraq sürüyə qoşulub: "Şahdağ Milli Parkı ilə IDEA İctimai Birliyi arasında imzalanmış Əməkdaşlıq Sazişinə əsasən, nəsli kəsilmiş zubrların bərpası, onların ölkə təbiətinə reintroduksiya olunması və artırılması məqsədilə 2019-cu ilin mayında Şahdağ Milli Parkının İsmayıllı bölməsinin ərazisinə Fransa və Belçika zooparklarından 12 baş zubr gətirilərək təbiətə buraxılıb. Sevindiricidir ki, artıq onların sayı 13 olub".

Direktor əlavə edib ki, gələn il daha 8 zubrun Azərbaycana gətirilməsi nəzərdə tutulub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Min bir gecə" baletinin (şəkildə) musiqisi Fikrət Əmirov, librettosu isə "Min bir gecə" nağılları əsasında Maqsud və Rüstəm İbrahimbəyovlar tərəfindən yazılmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR