Slimfit
  1. İQTİSADİYYAT

Şahbuzda Ağbulaq Xizək Mərkəzinin təməli qoyulub

Şahbuzda Ağbulaq Xizək Mərkəzinin təməli qoyulub
Sakura

Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ağbulaq kəndində Xizək Mərkəzinin təməlatma tədbiri…

Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ağbulaq kəndində Xizək Mərkəzinin təməlatma tədbiri olub.

"Report" xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov mərkəzin layihəsinə baxıb. 

Mərkəzdə ümumi uzunluğu 1500, eni isə 30 metr olan dağ-xizək enişi, kanat yolu, xizəksürmə məktəbi, əyləncə və uşaq parkları yaradılacaq, süni qaryaratma sistemləri qurulacaq. Mərkəzin əsas infrastrukturu kanat yoludur. Uzunluğu 952 metr olan kanatın başlanğıc və son dayanacaq yeri arasındakı hündürlük fərqi 267 metr olacaqdır. Kanat yolunda hər biri 4 yerlik olmaqla 58 oturacaq quraşdırılacaq ki, bu da saatda 1000-dən artıq insana xidmət etməyə imkan verəcək.

Əyləncə və uşaq parklarında, eləcə də başlanğıc sahədə 231 metrlik konveyer xətləri yaradılacaq. Mərkəzin lazım olan qar örtüyünü təmin etmək üçün 26 sabit və 2 hərəkətli süni qaryaratma sistemi qurulacaq. Həmçinin ərazidə turistlərin istirahəti üçün də şərait yaradılacaq.

Tikinti işləri dağ-xizək mərkəzlərinin yaradılması sahəsində böyük iş təcrübəsi olan Fransanın “MND” şirkətinin layihəsi əsasında həyata keçiriləcək. Şirkətin mühəndisi Xavier Goya deyib ki, dağ xizəkçiliyinin inkişafı üçün təbii şərait mühüm amildir. Ərazinin relyefi və iqlim xüsusiyyətləri bunun üçün geniş imkanlar açır. Layihələndirmə işləri aparılarkən bu amil əsas götürülüb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri və Fransanın “MND” şirkətinin mühəndisi Xavier Goya beton qarışığını bünövrəyə tökərək mərkəzin təməlini qoyublar. 

 

Mənbə: Report.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Belçikada göy meşə.

Redaktor seçimi

SON XƏBƏRLƏR