Dərc edildi: Baxış sayı: 304
Şahbazov Noğayevlə OPEK razılaşmasını müzakirə etdi
Bu gün Azərbaycan və Qazaxıstanın energetika nazirləri Pərviz Şahbazov ilə Nurlan Noğayev arasında iki ölkənin hökumətlərarası komissiyasının növbəti iclasına hazırlıq məsələləri videokonfrans formatında müzakirə olunub.
Ens.az Axar.Az-a istinadən xəbər verir ki, tərəflər koronavirus pandemiyası ilə bağlı növbəti iclası oktyabr ayında viedokonfrans formatında keçirmək barədə razılığa gəliblər.
Bununla yanaşı, iki ölkənin OPEK+ formatında hasilatın ixtisarına dair əldə olunmuş razılaşmanın icrası ilə bağlı məsələlər də müzakirə edilib.
“OPEK+ formatının iştirakçıları tərəfindən atılan addımlar nəticəsində hazırda neft qiymətlərində müsbət dinamika var” – bildirilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət