Dərc edildi: Baxış sayı: 1761
Şah İsmayıl Xətai - Şah mənəm
Allah-allah, deyin, ğazilər,
Ğazilər, deyin, şah menəm.
Qarşu gəlin, səcdə qılın.
Ğazilər, deyin, şah mənəm.
Uçmaqda tuti quşuyam,
Ağır ləşkər ər başıyam’
Mən sufılər yoldaşıyam,
Ğazilər, deyin, şah mənəm.
Nə yerdə əkərsən bitərəm,
Xanda çağırsan yetərəm,
Sufilər, əlin tutaram,
Ğazilər, deyin, şah mənəm.
Mensur ilə darda idim,
Xelil ilə narda idim,
Musa ilə Turda idim,
Ğazilər, deyin, şah mənəm.
Qırmızı taclı, boz atlı,
Ağır ləşkər nisbətli,
Yusif peyğəmbər sifətli,
Ğaziler, deyin, şah menəm.
Xətaiyem al atlıyam,
Sözü şəkərdən dathyam,
Murtəza Əli zatlıyam,
Ğazilər, deyin, şah mənəm.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət