Dərc edildi: Baxış sayı: 1773
Şah İsmayıl Xətai - Kərəm eylə
Gövhərin keçməyən yerdə,
Satma, qardaş, kərəm eylə.
Ləl daşını çay daşına
Qatma, qardaş, kərəm eylə.
Gördün bir yerdə aşina,
Hər nə dersən öz başına,
Yоl daşını yоl quşuna
Atma, qardaş, kərəm eylə.
Gördünsə bir yerdə rəqib,
Neylərsən yüzünə baxıb,
Münkiri qatara çəkib
Getmə, qardaş, kərəm eylə.
Xətayim çağırır, irə,
Dünya belə gəlmiş zirə,
Arif, оxun əbəs yerə,
Atma, qardaş, kərəm eylə.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət