Slimfit
  1. ƏDƏBİYYAT

Şah İsmayıl Xətai - Görəli ol mah yüzün, başıma yüz sövda düşər

Şah İsmayıl Xətai - Görəli ol mah yüzün, başıma yüz sövda düşər
Sakura

Şah İsmayıl Xətai - Görəli ol mah yüzün, başıma yüz sövda düşər

Görǝli ol mah yüzün, başıma yüz sövda düşǝr,
Rüxlǝrin manǝndi ancaq bir güli-hǝmra düşǝr.

Ey könül, ǝql ǝhli isǝn, sevmǝ xublar yüzini,
Xubların dǝrdinǝ ancaq bu dili-şeyda düşǝr.

Ey sǝnǝm, xublar içindǝ sǝn düşübsǝn sǝrfǝraz,
Eylǝ kim, bağ içrǝ rǝna sǝrvi-xoş bala düşǝr.

Heyf ola çeşmini cana, nǝrgizǝ nisbǝt qılım,
Xansı nǝrgiz gözlǝrintǝk mǝstü hǝm şǝhla düşǝr?

Necǝ olmasın Xǝtai eşq ilǝn divanǝ kim,
Könlünǝ hǝrdǝm sǝnintǝk bir pǝrisima düşǝr.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Baki şəhəri, Qobu Park-1 yaşayış kompleksinin Sakinləri öz vəsaitləri hesabına Şəhid Generalımız Polad Həşimovun əziz xatirəsini belə əbədiləşdiriblər!

Redaktor seçimi

SON XƏBƏRLƏR