Dərc edildi: Baxış sayı: 646
Şah İsmayıl Xətai - Ey könül, vəqti-bahar ötdü, xəzən olmuş durur
Ey könül, vǝqti-bahar ötdü, xǝzǝn olmuş durur,
Su kǝnarindǝ sǝnǝm, sǝrvi-rǝvan olmuş durur.
Ey fǝlǝk, dünya yüzindǝ dövri-hicran keçdi çün,
Ol büti-namehribanım, mehriban olmuş durur.
Şǝrh edǝndǝn bǝrlü şirin lǝblǝrin ovsafini,
Mürği-canım tutiyi-şirinzǝban olmuş durur.
Gǝrçi düşmǝn tǝnǝsindǝn çox cǝfa çǝkdim, vǝli,
Şükr kim, işim bekami-dustan olmuş durur.
Döşǝdi yüz dürlü xali bǝzm üçün fǝrraşi-sün;
Saqiya, gǝl kim, cǝhan baği-cinan olmuş durur.
Simü zǝrdǝn şaxlǝr doldurdu dǝstü damǝnin,
Mǝclisi-şabaş üçün göhǝrfǝşan olmuş durur.
Uğraşanda ta ki, eşqin zǝrrǝ qılur dağları,
Bu Xǝtai xǝstǝ andan natǝvan olmuş durur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət