Slimfit
  1. ƏDƏBİYYAT

Şah İsmayıl Xətai - Ey könül, ol mənisiz cahili yar etməkmolur

Şah İsmayıl Xətai - Ey könül, ol mənisiz cahili yar etməkmolur
Sakura

Şah İsmayıl Xətai - Ey könül, ol mənisiz cahili yar etməkmolur

Ey könül, ol mǝnisiz cahili yar etmǝkmolur,
Mǝnisiz cahil sözünǝ etibar etmǝkmolur.

Hǝm onun qovli xǝtadır, hǝm qǝrari bivǝfa,
Öylǝ bir bǝdnam ilǝ qövlü qǝrar etmǝkmolur.

Xakpayi ǝhli-dil ol, olmagil cǝhlǝ rǝfiq,
Çün ǝbabil var ikǝn zaği şikar etmǝkmolur.

Cǝhlini ürfan edǝndǝ xaki pay olgil ona,
Əhli söhbǝt görǝcǝk ondan kǝnar etmǝkmolur.

Hǝr kǝs öz eybilǝ sǝttarına tutmuşdur yüzün,
Sǝn onun eybini açıb, şǝrmsar etmǝkmolur.

Bir neçǝ vǝqt yar olub, bir kimsǝnin eybin tutub,
Sǝn onun gizlicǝ sirrin aşikar etmǝkmolur.

Ey Xǝtai, can fǝda qıl bir vǝfalı yar içün,
Hǝr vǝfasız bivǝfanı ixtiyar etmǝkmolur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Super qapıçı

Redaktor seçimi

SON XƏBƏRLƏR