Dərc edildi: Baxış sayı: 1089
Şah İsmayıl Xətai - Ey könül, hərcai yari ixtiyar etmək nədir?
Ey könül, hǝrcai yari ixtiyar etmǝk nǝdir?
Yari-hǝrcai sözünǝ etibar etmǝk nǝdir?
Güli-xoşbu var ikǝn, ǝlim tikanǝ sürtmǝzǝm,
Kǝbki-rǝna var ikǝn, zaği şikar etmǝk nǝdir?
Dǝgmǝ bir cahil nigarın cövrini çǝkmǝk nǝdǝn,
Kǝrrǝ bir nakǝs ilǝ qövlü qǝrar etmǝk nǝdir?
Ahu gözlü bir sǝnǝm aslanları seyd eylǝmiş,
Ey müsǝlman, ahular şiri şikar etmǝk nǝdir?
Ey Xǝtai, sirrini sǝn dǝgmǝ yerdǝ söylǝmǝ,
Sirri aşiq dǝgmǝ yerdǝ aşikar etmǝk nǝdir?
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət