Slimfit
  1. ƏDƏBİYYAT

Şah İsmayıl Xətai - Ey fələk, dövründə neyçün ol nigar əldən gedər

Şah İsmayıl Xətai - Ey fələk, dövründə neyçün ol nigar əldən gedər
Sakura

Şah İsmayıl Xətai - Ey fələk, dövründə neyçün ol nigar əldən gedər

Ey fǝlǝk, dövründǝ neyçün ol nigar ǝldǝn gedǝr,
Qanım ilǝn ǝllǝrin qılmış nigar, ǝldǝn gedǝr.

Dün dedi zahid mana: "neyçün könül verdin ona?"
Neylǝyim, görgǝc yüzünü ixtiyar ǝldǝn gedǝr.

Bülbüla, gül dövridir, ǝfğan edǝr çox mürği zar,
Nalǝ qıl, oturma, vǝqti-mürğizar ǝldǝn gedǝr.

Ey könül, hicran ilǝn ömrün tükǝnsǝ ğǝm yemǝ,
Neylǝrǝm ömri-ǝzizi, çünki yar ǝldǝn gedǝr.

Ey Xǝtai, çünki yarın eylǝdi ǝzmi-sǝfǝr.
Rüzü şǝb ah et ki, yari-qǝmküsar ǝldǝn gedǝr.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşalı kişi, 1890-cı il.

Redaktor seçimi

SON XƏBƏRLƏR