Dərc edildi: Baxış sayı: 577
Şah İsmayıl Xətai - Ey cəmalın gülsitani baği-minudur mana
Ey cəmalın gülsitani baği-minudur mana,
Cənnəti-rizvan ki, derlər, оl səri-kudur mana.
Yüzün üstə zülfini ta gördüm, ey ruhi-rəvan,
Gecə-gündüz ağlamaq eşqində xоş xudur mana.
Hicr sərgərdanlığın çərxi-fələkdən görmənəm,
Bu cəfalərni qılan оl yari-məhrudur mana.
Gecələr ta sübh оlunca uyxu gəlməz eynimə,
Ta xəyalın daima çeşmimdə qarşudur mana.
Anca yaş tökdi Xətayi firqətindən, ey sənəm,
Xancaru baxsam, gözümdə yer yüzü sudur mana.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət