Dərc edildi: Baxış sayı: 628
Şah İsmayıl Xətai - Ey bəndə, gər cəhanda pənahın ilah ola
Ey bǝndǝ, gǝr cǝhanda pǝnahın ilah ola,
Kǝmtǝr qulun mǝqamı sǝnin padişah ola.
Aşiq odur ki, dǝvi edǝrsǝ bu sözünǝ,
Qanlı yaşilǝ çöhreyi-zǝrdi güvah ola.
Mehrabi var o zahidin, amma ki, aşiqǝ,
Mǝşuqinin ǝyaği izi, qiblǝgah ola.
Bǝdxahım ola cümlǝ-cahan çǝkmǝzǝm mǝlal,
Çün ol sǝnǝm mǝnimlǝn ǝgǝr nikxah ola.
Başdan-ayağa bǝndǝ Xǝtai xǝtalidir,
Zahid, xaçan ki, xubları sevmǝk günah ola?
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət