Slimfit
  1. ƏDƏBİYYAT

Şah İsmayıl Xətai - Eşq meydanında hər kim can ilən baş oynadır

Şah İsmayıl Xətai - Eşq  meydanında hər kim can ilən baş oynadır
Sakura

Şah İsmayıl Xətai - Eşq meydanında hər kim can ilən baş oynadır

Eşq meydanında hǝr kim can ilǝn baş oynadır,
Yar önündǝ qǝmzǝdir, kiprigilǝn qaş oynadır.

Şahi-mǝrdanın yolunda çox kişi vardır, vǝli,
Afǝrin ol başǝ kim, min başǝ bir baş oynadır.

Şah qatında mǝhrǝm olub, canü başından keçǝr,
Sanma kim yarı önündǝ dǝgmǝ fǝrraş oynadır.

Dün mǝnimlǝn rubǝru buldu nigar, öldü rǝqib,
Gözlǝrilǝn çox işarǝtlǝr qılur qaş oynadır.

Ey Xǝtai, qǝm yemǝ, çün düşmǝnin oldu yüküş,
Müddǝi daim iraqdan kǝrpücü daş oynadır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yaşıl çay qara çaydan 50% daha çox C vitamininə malikdir

Redaktor seçimi

SON XƏBƏRLƏR