Slimfit
  1. ƏDƏBİYYAT

Şah İsmayıl Xətai - Ənbərin, zülfinmidir, ya müşki-tatarın durur

Şah İsmayıl Xətai - Ənbərin, zülfinmidir, ya müşki-tatarın durur
Sakura

Şah İsmayıl Xətai - Ənbərin, zülfinmidir, ya müşki-tatarın durur

Ənbǝrin, zülfinmidir, ya müşki-tatarın durur,
Köydǝ kovkǝb ǝqdi hǝm, lölöyi-şǝhvarın durur.

Hǝr sǝhǝrgǝh alǝmü afaqı pürnur eylǝyǝn,
Gün dǝgil, ey dilbǝrim, ol hüsni-didarın durur.

Ruzi-mǝhşǝr qoparan cana, qiyamǝt qamǝtin,
Fitnǝlǝr zahir qılan ol çeşmi-mǝkkarın durur.

Tuba kim, derlǝr, cahanda qǝddi-rǝftarındir ol,
Baği-rizvan kim, deyirlǝr ruyi-gülzarın durur.

Dünyǝvü üqbadǝ hǝrgiz ğǝm yemǝ ǝğyardǝn,
Ey Xǝtai, çün sǝnin lütfi-xuda yarın durur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Jeledən Tetris

Redaktor seçimi

SON XƏBƏRLƏR