Dərc edildi: Baxış sayı: 570
Şah İsmayıl Xətai - Du zülfündən mənə bir mu gərəkdir
Du zülfündǝn mǝnǝ bir mu gǝrǝkdir,
Sǝnin vǝslindǝn ancaq bu gǝrǝkdir,
Könüldǝn getmǝz ol çeşmin xǝyalı,
Bǝli, Mǝcnunlara ahu gǝrǝkdir.
Cǝfavü cövrinizdǝn incimǝz dil,
Ki, xublar daima bǝdxu gǝrǝkdir.
Gözüm yaşın tökǝr mǝn ayağına,
Bǝli, sǝrv ayağında su gǝrǝkdir.
Xǝtai sözlǝrin sǝm etsün ol ay,
Ki, xublar guşinǝ lölö gǝrǝkdir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət