Dərc edildi: Baxış sayı: 543
Şah İsmayıl Xətai - Dilbəra,səncəliyin billah ki, yarım yox durur
Dilbǝra, sǝncǝliyǝn billah ki, yarım yox durur,
Bir saat sǝnsiz mǝnim sǝbri qǝrarım yox durur.
Düşmüşǝm eşqin ğǝminǝ, yet mǝnim fǝryadıma,
Sǝndǝn özgǝ hiç kimsǝ ğǝmküsarım yox durur.
Ayrılıq, billah! Sorman mǝn sǝni ey dilrüba,
Ta tǝmami sevmişǝm, busü kǝnarım yox durur.
Gǝr mǝni öldürsǝlǝr, sǝn eylǝ bilgil, ey nigar,
Bu mǝhǝbbǝt ǝtǝgin ǝldǝn qoyarım yox durur.
Aqil aydır: ey Xǝtai, ixtiyar ǝldǝn qoma,
Aşiqǝm bir dǝrd ǝlindǝ ixtiyarım yox durur!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət