Dərc edildi: Baxış sayı: 733
Şah İsmayıl Xətai - Dilbəra, eşqin sənin cismimdə canım canıdır
Dilbǝra, eşqin sǝnin cismimdǝ canım canıdır,
Vǝsli rüxsarin xǝyali könlümün mehmanıdır.
Firqǝtin dövründǝ dilbǝr, xǝstǝ canım oldu zar.
Şǝrbǝti-lǝli-lǝbin bu dǝrdimin dǝrmanıdır.
Mehrü qǝhrindǝn anın, aşüftǝ könlüm, ğǝm yemǝ,
Kim, mana cövrü cǝfası lütfilǝ ehsanıdır.
Zahida, vermǝ nǝsihǝt eşqi tǝrk etgil, deyü
Aşiqin allah bilir kim, sevgisi rǝhmanıdır.
Ey Xǝtai, cövrü qǝhrindǝn cahanın incimǝ,
Hǝr nǝ kim bǝndǝ yoluna gǝlsǝ hǝq fǝrmanıdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət