Slimfit
  1. ƏDƏBİYYAT

Şah İsmayıl Xətai - Dilbəra, eşqi-rüxün daim bu can üstündədir

Şah İsmayıl Xətai - Dilbəra, eşqi-rüxün daim bu can üstündədir
Sakura

Şah İsmayıl Xətai - Dilbəra, eşqi-rüxün daim bu can üstündədir

Dilbǝra, eşqi-rüxün daim bu can üstündǝdir,
Bir gülǝ nisbǝtdir ol kim, gülsitan üstündǝdir.

Şol münǝvvǝr çöhrǝnin qatindǝ kǝmtǝr zǝrrǝdir,
Gǝrçi xurşidin mǝqami asiman üstündǝdir.

Eşqinǝ seyd olalı hǝr dǝm bu canım qǝsdinǝ,
Qaşü gözün dilbǝra, tirü kǝman üstündǝdir.

Gǝrçi derlǝr mahi-taban nur alur xurşiddǝn,
Nuri-hüsnin afitabi kün-fǝkan üstündǝdir.

Dövlǝti-vǝslin dilǝr miskin Xǝtai hǝr zaman,
Xaki-payintǝk mǝqami asitan üstündǝdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əyləncə, 1928-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR