Dərc edildi: Baxış sayı: 541
Şah İsmayıl Xətai - Dilbəra, dildə sənin mehri-rüxün can kimidir
Dilbǝra, dildǝ sǝnin mehri-rüxün can kimidir,
Şǝrbǝti-lǝli-lǝbin dǝrdimǝ dǝrman kimidir.
Baği-hüsnindǝ boyun sǝrvi-xuraman dedilǝr,
Zülmǝt içindǝ lǝbin çeşmeyi-heyvan kimidir.
Taki sǝndǝn düşǝli ayrı, ǝya ruhi-rǝvan,
Gözümün yaşı mǝnim qǝtreyi-baran kimidir.
Ruyi-muyin görǝli fürqǝti-hicranda nǝ ğǝm,
Zülfü-ruyin sǝnǝma, şǝmi-şǝbistan kimidir.
Bu Xǝtai düşǝli söhbǝti-vǝslindǝn iraq,
Bağrı büryan kimiyü gözlǝri giryan kimidir
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət