Slimfit
  1. ƏDƏBİYYAT

Şah İsmayıl Xətai - Dilbəra, canımda dərdin bir dəva nisbətlidir

Şah İsmayıl Xətai - Dilbəra, canımda dərdin bir dəva nisbətlidir
Sakura

Şah İsmayıl Xətai - Dilbəra, canımda dərdin bir dəva nisbətlidir

Dilbǝra, canımda dǝrdin bir dǝva nisbǝtlidir,
Hǝr cǝfa gǝlsǝ mǝnǝ sǝndǝn, vǝfa nisbǝtlidir.

Bu cǝrahǝt cismimǝ oxun dǝyǝndǝ ün verür,
Ol mǝnǝ, ǝhlǝn vǝ sǝhlǝn mǝrhǝba, nisbǝtlidir.

Gǝr mǝnǝ nifrin edǝr düşmǝn, mǝn ondan ğǝm yemǝn,
Kim münafiqdǝn gǝlǝn qarğış, dua nisbǝtlidir!

Abi-çeşmimdǝn xǝyalın hǝr zaman ǝksilmǝsin,
Kim, onun ǝksi gözümdǝ tutiya nisbǝtlidir.

Eşq ilǝ laf etmǝ, ey miskin Xǝtai, ǝbsǝm ol,
Kim bu mǝnzildǝ sǝlatinlǝr gǝda nisbǝlidir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Don Kixot romanının müəllifi olan M.Servantes, Memar Sinanın tikdirdiyi Kılıç Əli Paşa Məscidində fəhlə işləyib

Redaktor seçimi

SON XƏBƏRLƏR