Slimfit
  1. ƏDƏBİYYAT

Şah İsmayıl Xətai - Dilbəra, bu dərdimə dərman edərsən, vəqtidir

Şah İsmayıl Xətai - Dilbəra, bu dərdimə dərman edərsən, vəqtidir
Sakura

Şah İsmayıl Xətai - Dilbəra, bu dərdimə dərman edərsən, vəqtidir

Dilbǝra, bu dǝrdimǝ dǝrman edǝrsǝn, vǝqtidir,
Mǝn fǝqirǝ lütf ilǝ ehsan edǝrsǝn, vǝqtidir.

Növbahar oldu, gözüm istǝr cǝmalın görmǝyǝ,
Əzm edib gülşǝn saru, seyran edǝrsǝn, vǝqtidir.

Çox zamandır qönçǝtǝk bağrımnı pürxun eylǝdin,
Lǝblǝrini gül tǝki xǝndan edǝrsǝn, vǝqtidir.

Zülmǝti-hicrin fǝraqın çǝkmişǝm, dövranda çox,
Vǝslini bu könlümǝ mehman edǝrsǝn, vǝqtidir.

Xeyli vǝqtdir kim, Xǝtai zülmǝti-hicran çǝkir,
Lǝblǝrini çeşmeyi-heyvan edǝrsǝn, vǝqtidir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir stolda ən çox yemək növü - Çinin Uxan şəhərində yeni il qeyd edərkən stolda fərqli 8146 yemək

Redaktor seçimi

SON XƏBƏRLƏR