Dərc edildi: Baxış sayı: 614
Şah İsmayıl Xətai - Cana, sənin camalını can aitab oxur
Cana, sǝnin camalını can afitab oxur,
Hüsnün kitabi-şǝrhini ümmülkitab oxur.
Xublar yüzünǝ baxmağı zahid günah deyǝr,
Aşiqlǝr ol günahı hǝmişǝ sǝvab oxur.
Bülbül oxurdu gülşǝni-hüsnün süfatini,
Dil gördü gül yüzüni, sözünǝ cǝvab oxur.
Hǝr xǝstǝ dil ki, badeyi-eşqinlǝ oldu mǝst.
Çeşmini saqi, lǝlini cami-şǝrab oxur.
Miskin Xǝtai yetmǝk üçün xaki-payinǝ,
Hǝrdǝm dilindǝ ayǝti "Künti-türab" oxur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət