Slimfit
  1. ƏDƏBİYYAT

Şah İsmayıl Xətai - Cana, ğəmndə gözlərimə su gəlür, gedər

Şah İsmayıl Xətai - Cana, ğəmndə gözlərimə su gəlür, gedər
Sakura

Şah İsmayıl Xətai - Cana, ğəmndə gözlərimə su gəlür, gedər

Cana, ğǝmindǝ gözlǝrimǝ su gǝlür, gedǝr, 
Seyl oldu, daşdı, şimdi bǝhǝr su gǝlür, gedǝr. 

Vǝsl olmaz isǝ yüzünü görmǝk mǝnǝ müdam, 
Kuyindǝn, ey sǝnǝm, mǝnǝ bir bu gǝlür, gedǝr. 

Bixab qaldı kövkǝbǝ nisbǝt bu gözlǝrim, 
Hǝr gecǝ özgǝ gözlǝrǝ uyxu gǝlür, gedǝr. 

Ta görmǝdi gözüm sǝni, ey sǝrvboylu yar, 
Sǝnsiz hǝmişǝ gözlǝrimǝ cu gǝlür, gedǝr. 

Miskin Xǝtai görmǝdi çeşmin kimi sǝnin, 
Sǝhra içindǝ munca ki, ahu gǝlür, gedǝr.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Winston Churchill, " Lawrence" və Əmir Abdullah Qüds. Gizli konfrans və 104 illik xaos

Redaktor seçimi

SON XƏBƏRLƏR