Slimfit
  1. ƏDƏBİYYAT

Şah İsmayıl Xətai - Bu surahi, filməsəf, bir dilbəri canan durur

Şah İsmayıl Xətai - Bu surahi, filməsəf, bir dilbəri canan durur
Sakura

Şah İsmayıl Xətai - Bu surahi, filməsəf, bir dilbəri canan durur

Bu sürahi, filmǝsǝl, bir dilbǝri canan durur,
Rahi-ruhǝfza anın içindǝ nazik can durur.

Mǝclisi-üşşaqi pürnur etsǝ ol hǝr şǝb nola,
Kim, mǝlayik şǝmi göydǝ kovkǝbi-rǝxşan durur.

Sǝcdeyi-şükr eylǝyib hǝr dǝm ayağa baş üçün,
Çün görǝr üstündǝ daim sayeyi-sübhan durur.

Sǝbzxǝt saqilǝr, andan doldurun peymanǝlǝr,
Xızr cami tǝk pürabi-çeşmǝyi-heyvan durur.

Bir pǝri sǝrvi-sǝhi qǝddir ki, durmuş rǝqs üçün,
Yoxsa, cǝnnǝt mǝclisindǝ tubiyi-rizvan durur.

Cami-Cǝmşidi-Cǝmin dövrani xǝtm oldu tamam
Dövri-cam indi anındır kim, şǝhi-dövran durur.

Budur ol ayineyi Iskǝndǝri-gitinüma,
Munda rövşǝndir cahanda hǝr nǝ kim, pünhan durur.

Bu sürahidǝn mǝvali dolduranda dustkam,
Qayğudan düşmǝn xǝvaric yürǝgi bir qan durur.

Görmǝdi heç kimsǝ mun tǝk, simtǝn mǝhbubi-şux,
Kakili-zǝrrinü taci dǝxi nurǝfşan durur.

Yerdǝ ǝksi çǝrxi-pür kökǝbdir olmuş aşikar,
"Nǝssi-ǝzzinǝs-sǝmavǝt" ayǝti-bürhan durur.

Böylǝ qiymǝtli cǝvahir hansi mǝdǝndǝn çıxır,
Kün-fǝkan, mülkün bǝha versǝn, hǝnuz, ǝrzan durur.

Bu Xǝtai içdi andan dǝr ǝzǝl bir cürǝ mey,
Ta ǝbǝd hüşyar olmaz, mǝsti-cavidan durur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyanın ən bahalı evini Frenk Bakli tikib. İrland dizayneri tikinti materialı əvəzinə puldan istifadə edib

Redaktor seçimi

SON XƏBƏRLƏR