Slimfit
  1. ƏDƏBİYYAT

Şah İsmayıl Xətai - Bu şahi-pürkərəm, sahibnəzərdir

Şah İsmayıl Xətai - Bu şahi-pürkərəm, sahibnəzərdir
Sakura

Şah İsmayıl Xətai - Bu şahi-pürkərəm, sahibnəzərdir

Bu şahi-pürkǝrǝm, sahibnǝzǝrdir, 
Vilayǝtdir, yǝqin nuri-bǝsǝrdir. 

Quşanǝ ğazilǝr seyfü silahi,
Münafiq caninǝ xovfü xǝtǝrdir. 

Yǝzidin lǝşgǝri yüz min olursa, 
Vilayǝt lǝşgǝrindǝn bir yetǝrdir. 

Münafiq lǝşgǝri bir ğazi görsǝ, 
Qoyun ki, qurd toxur ondan bǝtǝrdir. 

İşarǝt qıldığunca bir nǝzǝr şah, 
Önündǝ Şümrü Mǝrvan dǝrbǝdǝrdir. 

Nişanı ol günǝş tǝlǝtli şahın, 
Başında tacü belindǝ kǝmǝrdir. 

Olar kim, cǝhli-tǝndir, sirri-qüdrǝt, 
Onu arif bilür, incǝ xǝbǝrdir. 

Cahangir ğazilǝr meydanǝ girsǝ, 
Xǝvariclǝr ǝyaqda payisǝrdir. 

Çü rǝhmǝt yağmuri irdi zǝminǝ, 
Ki hǝr bir ğazinin yüz namvǝrdir. 

Yezidǝ zǝxmi-seyfü tirü xǝncǝr, 
Başından getmǝsin tiğü tǝbǝrdir. 

Əli bǝhri-hǝqiqǝtdir, yǝqin bil, 
Hǝyati-cavidani mötǝbǝrdir.

Vilayǝt bǝhrinǝ yol bulmayanlar, 
Gözü ǝmavü ǝhmǝq bixǝbǝrdir. 

Nǝfǝs göhǝrdir anu bir bilǝnlǝr, 
Sözün bir söylǝyǝnlǝr, gerçǝk ǝrdir. 

Qızıl ǝlǝm, qızıl bayraq, qızıl tac, 
Geyinsǝ ğazilǝr, ol gün hǝzǝrdir. 

Xǝtai şah yolunda can fǝdadır, 
Çe cayi-mülkü malü simü zǝrdür.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Florida, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR