Slimfit
  1. ƏDƏBİYYAT

Şah İsmayıl Xətai - Bu mənim cismimdəki zəhmətlərim ol can bilür

Şah İsmayıl Xətai - Bu mənim cismimdəki zəhmətlərim ol can bilür
Sakura

Şah İsmayıl Xətai - Bu mənim cismimdəki zəhmətlərim ol can bilür

Bu mǝnim cismimdǝki zǝhmǝtlǝrim ol can bilür,
Mǝnǝ hicran etdigin ol dilbǝri-canan bilür.

Ta ki, hǝmdǝmdir ğǝmi-eşqin könüldǝ ğǝm yemǝn,
Çün xǝyalini sǝnin dil sevgili mehman bilür.

İncimǝz bu xǝstǝ canım dǝrdi-hicrindǝn sǝnin,
Cövri-qǝhrin gǝldiyincǝ lütf ilǝ ehsan bilür.

Çünki, birdir aşiqǝ qǝhr ilǝ lütfin mǝnisi,
Dil fǝraqini vüsalü dǝrdini dǝrman bilür.

Ruzü şǝb bülbül tǝki, eylǝr Xǝtai nalǝlǝr,
Baği-hüsn içrǝ yüzünü çün güli-xǝndan bilür.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami Gəncəvi

Redaktor seçimi

SON XƏBƏRLƏR