Slimfit
  1. ƏDƏBİYYAT

Şah İsmayıl Xətai - Bu könlüm şad olur qəmdən, rüxi çün laləgün görgəc

Şah İsmayıl Xətai - Bu könlüm şad olur qəmdən, rüxi çün laləgün görgəc
Sakura

Şah İsmayıl Xətai - Bu könlüm şad olur qəmdən, rüxi çün laləgün görgəc

Bu könlüm şad olur qǝmdǝn, rüxi çün lalǝgün görgǝc, 
Misali-mǝrdi-müflis nagǝhan bir yaxşı gün görgǝc. 

Əgǝr ah eylǝsǝm topraq olur dǝrlǝhzǝ ahimdǝn, 
Düşǝr hǝr parǝsi bir yerdǝ kuhi-Bisütun görgǝc. 

Onunçün ǝylǝmǝz ahi bu canım rǝhgüzarında, 
Hǝramilǝr çaparlar karivani çün tütün görgǝc. 

Mǝhü sǝyyarǝlǝr şǝrmǝndǝdir yüzünǝ baxmaqdan, 
Fǝlǝk ovcindǝ xyrşidi hǝyadan sǝrnigun görgǝc. 

Xǝtai, rǝsm beylǝ eylǝyibdir etiraz ilǝ, 
Hǝzaran naz edǝr xublar ki, aşiqni zǝbun görgǝc. 

Hǝq kǝlami sevmişǝm, sureyi-Yasindǝn mǝdǝd, 
Kim, mǝnǝ incili-fürqanın duasından mǝdǝd. 

Ey, behǝqqi möcizatı verdin ol Musayǝ sǝn, 
Kim, mǝnǝ Musayi-Imranın ǝsasından mǝdǝd. 

Ey yaradan alǝmi, ol şahi-xuban eşqinǝ, 
Ol rǝsuli-axiratın möcizasindǝn mǝdǝd. 

Kim ki, kamin almadı, dünyada oldur binǝva, 
Binǝvanın vergilǝn, yarǝb, nǝvasından mǝdǝd. 

Bu Xǝtai, der ǝzǝldǝn mǝn imamın quliyǝm, 
Ey imami-hǝq Əliyül-Mürtǝzasından mǝdǝd

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı qalasının bayır tərəfdən görüntüsü, 1890-cı il. O vaxt Aşumovski adlanan bu meydan hal-hazırda mövcud deyil. Müasir dövrdə, burada Sabir bağını görə bilərik.

Redaktor seçimi

SON XƏBƏRLƏR