Dərc edildi: Baxış sayı: 692
Şah İsmayıl Xətai - Bu gün mən munda, yarım anda neylər
Bu gün mǝn munda, yarım anda neylǝr,
Yüzü şölǝ nigarım onda neylǝr?
Apardı ǝql ilǝ sǝbrü qǝrarım,
Mǝnim sǝbrü qǝrarım anda neylǝr?
Qatı müştaq idim şirin lǝbinǝ,
Gözü mǝstü xumarım anda neylǝr?
Vǝtǝndǝn ayrı düşdüm, dadü fǝryad!
Qǝribǝm, ğǝmküsarım anda neylǝr?
Xǝtai xǝstǝ düşdüm yardan ayrı,
Tǝbib ilǝ timarım anda neylǝr!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət