Dərc edildi: Baxış sayı: 406
Şah İsmayıl Xətai - Bu aləm hüsninə heyrandır, ey dust
Bu alǝm hüsninǝ heyrandır, ey dust!
Sana bu qönçǝ lǝb xǝndandır, ey dust!
Mǝn ol Yǝqubi-nisbǝt zar buldum,
Cǝmalın Yusifi-Kǝnandır, ey dust!
Hilali qaşını ta gördü çeşmim,
Bu canım eydinǝ qurbandır, ey dust!
Sana bu künfǝkan valeh bulubdur,
Ki, hüsnin surǝti-rǝhmandır, ey dust!
Cǝmalın sǝfhǝsindǝ xǝttü xalın,
Yüzündǝ ayǝti-qurandır, ey dust.
Sǝnin eşqin vücudim şǝhri içrǝ,
Bu könlüm tǝxtinǝ sultandır, ey dust!
Xǝtaiyǝ demişsǝn cövr edim çox,
Yenǝ lütfü yenǝ ehsandır, ey dust!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət