Slimfit
  1. ƏDƏBİYYAT

Şah İsmayıl Xətai - Biz əzəldən ta əbəd meydana gəlmişlərdənsiniz

Şah İsmayıl Xətai - Biz əzəldən ta əbəd meydana gəlmişlərdənsiniz
Sakura

Şah İsmayıl Xətai - Biz əzəldən ta əbəd meydana gəlmişlərdənsiniz

Biz ǝzǝldǝn ta ǝbǝd meydanǝ gǝlmişlǝrdǝnüz,
Şahi-mǝrdan eşqinǝ, mǝrdanǝ gǝlmişlǝrdǝnüz.

Yazmağa hǝqdǝn kǝlamüllahi-natiq şǝrhini,
Kim bǝyani-elm ilǝn Quranǝ gǝlmişlǝrdǝnüz.

Kainati-surǝti-rǝhmani tǝfsir etmǝyǝ,
Ruhi-qüdsi surǝti-rǝhmanǝ gǝlmişlǝrdǝniz,

Bir müǝnbǝr türrǝnin küfrinǝ "amǝnna" döyüb,
Hǝqqǝ tǝslim olmuşuz, imanǝ gǝlmişlǝrdǝnüz.

Saqiyi-baqi ǝlindǝ mǝst olub içmǝkdǝyüz,
Nǝrgisi-mǝstin kimi mǝstanǝ gǝlmişlǝrdǝnüz.

Qeybi-mütlǝqdǝn tǝmaşayi-rüxi, ziba üçün,
Bu şǝhadǝt mülkinǝ seyranǝ gǝlmişlǝrdǝnüz.

Ey Xǝtai, eydi-ǝkbǝrdir, cǝmali dilbǝrin,
Biz bu eydi-ǝkbǝrǝ qurbanǝ gǝlmişlǝrdǝnüz.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1987

Redaktor seçimi

SON XƏBƏRLƏR