Dərc edildi: Baxış sayı: 608
Şah İsmayıl Xətai - Bir pəri heyranıyam, bilmən məkani xandadır
Bir pǝri heyraniyǝm, bilmǝn mǝkani xandadır?
Kimsǝ bilmǝz dünyada namü nişani xandadır?
"Xubları sevmǝ" deyib, tǝn etmǝ, ey naseh, mana,
Çünki bilmǝzsǝn mǝqami cavidani xandadır.
Gǝldi "sübhan-ǝllǝzi ǝsra beǝbdeh" şǝninǝ,
Lövhi-mǝhfuz üstǝ ol hüsnin bǝyani xandadır?
Dün dedim, bir busǝ ver, der: can verüb almaq gǝrǝk,
Bu mǝkan içrǝ mǝtai-rayikani xandadır?
Mǝn dedim: yüzünü göstǝr, dedi: "taqǝt yox sana",
Bu sualinǝ cavabi - "lǝntǝrani" xandadır?
Ta vüsalından cüda düşdüm, hǝyatım qalmadı,
Dünyǝvü üqbadǝ sǝnsiz zindǝgani xandadır?
Qanda kim, yatım cahanda uyğu gǝlmǝz çeşmimǝ,
Bu Xǝtai yatmağa, yar asitani xandadır?
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət