Slimfit
  1. ƏDƏBİYYAT

Şah İsmayıl Xətai - Bilmən ki, yar cövrü cəfa kimdən öyrənir?

Şah İsmayıl Xətai - Bilmən ki, yar cövrü cəfa kimdən öyrənir?
Sakura

Şah İsmayıl Xətai - Bilmən ki, yar cövrü cəfa kimdən öyrənir?

Bilmǝn ki, yar cövrü cǝfa kimdǝn öyrǝnir?
Eşqindǝ bunca dǝrdü bǝla kimdǝn öyrǝnir?

Aşiqlǝrinǝ cövrü sitǝmdir işi müdam,
Bǝs bilmǝnǝm ki, rǝsmi-vǝfa kimdǝn öyrǝnir?!

Bu xǝstǝnin qapunda duadır işi müdam,
Sor ol gǝdayǝ, munca dua kimdǝn öyrǝnir?

Ol ay yüzünü görmǝyǝ yer-göy bǝha dedi,
Yarǝb ki, bu mǝtaǝ bǝha kimdǝn öyrǝnir?

Cana, Xǝtai dünyada dǝrdin çǝkǝr sǝnin,
Könlünǝ sor ki, rǝsmi-dǝva kimdǝn öyrǝnir?

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan qadınları, Şuşa, Qarabağ, 1920

Redaktor seçimi

SON XƏBƏRLƏR